Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor əvəzi təyin edib.

“Regionaz.tv” Qaynarinfo-nun məlumatına istinadə xəbər verir ki,  müvafiq əmrlə bu vəzifəyə Manafova Sənubər Ağamehdi qızı gətirilib.

O, bundan əvvəl direktorun Terapevtik xidmətlər üzrə müavini vəzifəsində çalışıb.

Etibarlı məmbələrdən əldə edilən məlumata görə həkim Sənübər Manafova bir neçə ay bundan öncə xəstəxanya müraciət edən Cəlilabad rayon Göytəpə şəhər sakini şəhid ailəsi yəni şəhidin həyat yoldaşı  (şərti olaraq) Əsədovaya qarşı təhqiramiz hərəkətlərə yol vermişdir. Məsələnin böyüməsindən çəkinən Sənübər həkim  şəhidin ailəsini birtəhər ələ alaraq məsələnin böyüməsinin və ictimailəşməsinin qarşısını lamğa müvəffəq olmuşdur.

Qeyd edək ki, ötən ay Elnur Azadxanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub və Sumqayıt Tibb Mərkəzinə direktoru təyin edilib.

Qeyd edilən hadisə ilə bağlı gələn yazılarda ətraflı məlumat veriləcək.

1. 120 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir