“Regionaz.tv” xəbər verir ki, Üzərindən 1 həftə keçməsinə baxmayaraq, xadimənin haqlı tələblərinə Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən müsbət cavab verilməyib”.

Bu barədə Dia-az.infoya tanınmış jurnalist Heydər Oğuz  açıqlamasında bildirib.

Jurnalis keçən günlərdə qaldırdığı problemin – vətəndaş gileyinin hələ də həllini tapmadığını vurğulayaraq əlavə edir:

“Onun tələb etdiyi yerə də hələ ki heç bir xadimə işə götürülməyib. Nazirliyin “burda mənəm, Bağdadda kor xəlifə” inadkarlığı ucbatından deyəsən kənd xəstəxanası xadiməsiz qalacaq…”

Əlaqədar VİDEO – baxmaq üçün bura tıklayın...

***

“Regionaz.tv” olaraq keçən günlərdəki şikayətin mətnini də təqdim edirik…

Bir müddət əvvəl Naxçıvandakı mənbələr mətbuata bildirmişdik ki, bu diyarın səhiyyə sistemində hətta xadiməlik belə hərraca çıxarılıb. Özü də babat məbləğə.
Babək rayonunun Sıxmahmud kənd sakini Mehdiyeva Bahar Abdulla qızının mətbuata göndərdiyi səs mesajı da bu iddianı təsdiqləyir. Onun iddiasına görə, 4 ildir xadimə işləmək üçün növbədədir. Babək rayonunda xəstəxanalardan birində xadiməlik yeri də boşalıb. O, ailə vəziyyətini əsas götürüb bir çox ünvanlara müraciət edib, bu iş yerində çalışmaq istədiyini bildirib. Təsəvvür edin, hətta Naxçıvan MR Ali Məclisinin faktiki sədri Anar İbrahimov belə, onun bu istəyinə müsbət cavab verib. Amma yenə işi düzəlməyib. Niyə? Çünki onun bu işə düzəlmək üçün istənilən məbləğdə  pulu yoxdur.
Maraqlıdır ki, Bahar xanım bu şikayətlə Naxçıvan MR Səhiyyə nazirinin də qəbulunda olub. Nazir isə onun şəkilini çəkərək nazirliyin sosial şəbəkələrində paylaşıb. Adını da qoyub: “vətəndaşların şikayətinə baxıram”. Şikayətə baxmağının nəticəsi isə xadiməni əliboş yola salmaq olub.

Mətbuatda yəkzib olunmadan geniş yer almış bu mövzu iə bağlı qarşı tərfin mövqeyini dinləməyə hazırıq.

88 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir