“Regionaz.tv” xəbər verir ki, Göyçay şəhəri Ş.İ. Xətai küçəsi dalan 1 ev 1  sakini Hənifəyev Ehtibar Sabir oğlu Göyçay “Azərişıq” ASC-dən şikayətçidir.
Bu barədə “Regionaz.tv”-nin elektron unvanına müraciət daxil olub.
Vətəndaş bildiri ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən maqazinim  üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına görə ona “Azərişıq” tərəfindən razılıq vermədiyi üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Özümə məxsus qanunu torpaq sahəmin üzərində xüsusi icazə alaraq inşa etdirdiyi maqazinin qarşısından yüksək gərginlikli elektrik xətti keçdiyi üçün  mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almırlar. Ancaq baxmayaraq ki, həmin yüksək gərginlikli elektrik xətti çoxlusayda ticarət və iaşə obyektlərinin qarşısndan keçir. Həttda “Azərişıq” ASC-nin əməkdaşları yerdə olub baxış keçirib və mənə göndərdiyi cavab məktubunda qeyd edib ki, həmin yüksək gərginlikli elektrik xəttinin kənara çəkilməsi mümkündür.
Onuda qeyd edim ki, Göyçay-Bərgüşad yolunun kənarı ilə çəkilmiş yüksək gərginlikli elektrik xətti bir neçə yerdən yolun sağından-sol hissəsinə keçirilmişdir.
Mənim maqazin inşa etməyimə görə Göyçay Elektrik Şəbəkəsinn rəhbərliyi yerdə olub baxış keçirib razılıq verilməsinə dair akta imza etmişdir.İndi isə həmin qurum yüksək elektrik xəttinin keçməsini əsas gətirib maqazinim  üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün razılıq vermir.
Buna görə süründürməçiliyə məruz qalmışam sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmirəm.
Mən mətbuat vasitəsi ilə “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmıdovdan xahiş edirəm maqazinimin qarşısndan keçən yüksək gərginlikli elektrik xəttinin kənara çəkilməsinə razılıq verib köməklik göstərsiniz.
https://www.youtube.com/watch?v=p2_cGCWrIWQ
52 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir