“Regionaz.tv” xəbər verir ki,  Yasamal rayonu ərazisində piyada səkilərinin zəbt edilməsi davam edir. Müvafiq qaydalarda əsasən malların bilavasitə səkilərə, torpağın, yaşıllıqların, ağacların, yeşiklərin və s. üzərinə qoyularaq satışı qadağan olsa da, Yasamal rayonu ərazisində bu qayda gözlənilmir və ya müvafiq qurumlar bu qanun pozuntusuna şərait yaradır.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə bu mənzərənin yarnmasına  səbəb  məhz rayon icra hakimiyyətinin verdiyi icazəyə əsasən mağazalar səkiləri asanlıqla zəbt edib, gediş-gəlişi çətinləşdirirlər.
Yasamal rayon sakinləri bildirib ki, Həsən bəy Zərdabi küçəsində (“20 Yanvar” metrostansiyasının yaxınlığı) malların səkiyə qoyularaq satılması və piyadaların hərəkətinə çətinlik yaradılması barədə dəfələrlə aidiyyəti qurumlara bildiriblər.
Bir müddət bununla bağlı tədbir görülür, ancaq sonra vəziyyət yenə əvvəlki kimi olur.

“Regionaz.tv” olaraq hesab edirik ki, Yasaml rayon icra başçısı mətbuatın manşet səhifələrində qınağ obyektinə cevtilmiş  tənqidi fikirlərdən nəticə çıxarıb  ərazini yenidən öz nəzarətinə götürəcək.

Yasamal başlı-başına qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
242 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir