“Regionaz.tv” xəbər verir ki, son zamnlar sosial mediada İsmayıllı Su Meliorasiya İdarəsinin rəisi Elşad Quliyevin özbaşınalığı ilə bağlı, konkret olaraq balıq biznesi ilə məşğul olduğunu sübut edən xeyli foto və video materiallar saytlar tərəfindən ictimaiyyətə təqdim edilir. Lakin  adıçəkilən müdir barəsində heç bir tədbir görülmür və ya məsələ ilə bağlı heç bir açıqlam verilmir.

Sosial mediada yayılan məlumatda qeyd olunur ki, Elşad Quliyev ağsaqqalı yəni meliorasiya şefi Zaur Mikayılovun kölnünü müxtəlif yollarla alaraq bu işləri maniəsiz həyata keçirir. Bundan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Namiq Yusifov və inspektoru Nəriman Cırıyev bu işdə Elşad Quliyevə yaşıl işıq yandırdığı deyilir. məlumatlrda oda yer alır ki, inspektor Nəriman Cırıyev bir aya yaxın müddətdir ki, müdir Elşad Quliyevin hesabına Dərə kafesində yeyib-içib dəmə qoyur. Hətda Ekologiya rəisi Namiq Yusifovun balıq biznesindən əməlli-başlı pul tutduğu da deyilir.
Mənbə bildirir ki, hər gün  Qaz 53 markalı avtomobil ağzına kimi dolu balıq göldən tor ilə tutularaq satılır. Əlverişli ərazi isə həm İsmayıllı,həm də ətraf rayonlardan olan işbazların yəni balığ biznesi ilə məğul olanların işini lap asanlaşdırıb. Görünür idarə müdiri Elşad Quluyev öz işçisinə balıqdan qazandığı puldan şabaş etmədiyi üçün oda məlumatı mətbuata sızdırmaqda israrlı olduğundan hətta  Müdir Elşad Quliyev növbəti ilə  yenə balıq yetişdirmək üçün malyutka da sifariş verdiyini deyib.
Adının sir qalmasını istəyən Meliorasiya idarəsinin əməkdaşı bildirir ki, müdir bu işdə yerli idmançıların əməyindən yararlanır. Belə ki, gölə heç kim buraxılmır yalnız müdirin adamları burada tor ilə balıq tuta bilər. Müdir idmançı brokanerlərə matorlu qayıq da verib ki, kef eləsinlər.
Artıq aşağı kəndlərdə əhali arasında güclü narazılıq yaranıb. Dəfələrlə rayon rəhbərliyinə bu barədə məruzə olunub ancaq heç bir tədbir görülmür. Bir sözlə rayonda məmur özbaşınalığı davam edir, faktiki olaraq rayon böyüksüzdür. Elə bil rayonun başında məmurlar yox, kuklalar əyləşib. Məmbə: https://azerinfo.info/bolge/92873-

“Regionaz.tv” olaraq sosial şəbəkədə yayımlanmış ittihamlrla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İsmayıllıda dövlət qurumlarının gözü qarşısında talan İsmayıllıda dövlət qurumlarının gözü qarşısında talan
173 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir