Ulu öndər deyirdi: “ Azərbaycan onun ərazisində yaşayan bütün millət və xaqların ümumi vətənidir.

Ölkəmizin sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişdiyi nöqtədə yerləşməsi onun mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində yaşamışlar. Ölkəmizin ev sahibliyi etdiyi dinlərarası, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək, Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri ölkəmizin müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. Bütün dövrlərdə tolerantlıq və mənəvi dəyərlərə hörmət Azərbaycan insanı üçün ümumbəşəri dəyərlərə hörmətin təzahürü kimi qəbul olunub. Bu ənənələrin hüquqi və siyasi müstəvidə möhkəmlənməsini  Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bərqərar etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz üzaqgörən və müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin mövcudluğunu və digər siyasi modellərdən üstün olduğunu bütün dünyaya sübut etdi. Ulu öndərin təşəbbüsü və göstərişi ilə Azərbaycan multikultural dəyərlərinin dövlət tərəfindən qorunması məsələsi  milli qanunvericiliyimizdə öz əksini tapdı. Belə ki, Konstitusiyamızda tolerantlıq prinsipi bir neçə maddədə təsbit olundu. Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi.  O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları konteksində görürdü.

Təbii ki, Ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan Azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü.  O, qeyd etdi ki, etnik millətçilik, sonda separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan bütün vətəndaşları birləşdirir. Ulu öndər deyirdi: “ Azərbaycan onun ərazisində yaşayan bütün millət və xaqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da- bütövlükdə hamısı azərbaycanlıdır.” Bu fikirlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır. Biz, yəni, Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik! Titanik siyasi fəaliyyəti ilə, Ulu öndər fenomenal və xarizmatik şəxsiyyət kimi sübut etdi ki, ölkəmizdə multikulturalizm siyasətinin əsasını möhkəm təməllər üzərində  qoymaqla bu ümumbəşəri dəyərlərin alternativi yoxdur.

Dövlətimiz insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynalxalq Konfensiyalara qoşulmuş və radifikasiya etmişdir. Multikulturalizm Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olmasının mühüm təzahürlərindən biri kimi burada, dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasıdır. Belə ki, ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşısınnda bərabər olmasında, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında lazımi köməklik göstərilir.

Azərbaycanda tolerantlıq kimi multikulturalizm ideyalarına sadiqlik hər zaman güclü olmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin sərəncamı ilə Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, eyni zamanda, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi dövlət-din münasibətləri sahəsində yeni bir mərhələnin başlanğıcı kimi, həm də, bu dəyərlərin təşviqi istiqamətində dövlətimizin atdığı daha mühüm addım oldu. Bundan əlavə, 2017-ci ildə “İslam Həmrəyliyi İli” elan edildi. Bu da öz növbəsində ölkəmizin islam həmrəyliyinə verdiyi önəmin və dəstəyin göstəricisidir. İnsanları yaxınlaşdıran, xalqları sülh, sabitlik, mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən, dinlərə qarşı süni yaradılan fobiyalara qarşı mübarizədə istifadə olunan multikulturalizmin təbliği daha vacib və aktualdır. Onu da qeyd edək ki, müasir beynəlxalq münasibətlər sisteminin kövrək və təlatümlü bir dönəmində Azərbaycan tolerantlıq və multikulturalizm siyasətinin ən etibarlı və dayanıqlı ünvanı kimi qlobal müstəvidə böyük hörmət və nüfuza sahibdir. Məhz Ulu öndər siyasətinin təntənəsi kimi bu gün ölkəmizdə məscidlərdə, sinaqoqlarda və kilsələrdə müxtəlif dini icmaların tədbirləri  yüksək səviyyədə keçirilir. Azərbaycandakı dinlərarası münasibətləri nümunəvi adlandıran Prezident cənab İlham Əliyev deyir: “Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaq. Biz bu yolla gedirik və bütün dünyaya bu yolu göstəririk.”

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasəti və onun tərkib hissəsi kimi tarixi dini abidələrin-məscid, kilsə, sinaqoqların bərpası, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması Ulu öndərə layiq şəkildə həm də Heydər Əliyev Fondu tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Respublikasıının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin tikintisi və bərpasında, Azərbaycan həqiqətlərinin, o cümlədən ölkəmizdəki dinin və milli dözümlülük ənənələrinin dünyada tanıdılmasında böyük uğura imza atmışdır. Ulu öndərin apardığı uğurlu din siyasəti nəticəsində qorunub saxlanılan tolerantlıq ənənələri, bərpa edilmiş tarixi-dini, memarlıq abidlərimiz dünya mədəniyyətinə ən böyük töhfəmiz, gələcək nəsillərimiz üçün ən ədəyərli mirasımızdır. Heç şübhəsiz ki, Azərbaycan bu mirasın sahibi, Ulu öndər Heydər Əliyev onun qurucusu, Heydər Əliyev Fondu isə, himayədarı və təbliğatçısı kimi tarixdə qalacaqdır.

Ölkəmizin daxili siyasətinin mühüm tərkib hissəsi kimi multikulturalizm, xarici siyasətimizdə də önəmli yer tutmaqdadır.  Bu qanunauyğunluq uğurlu xarici siyasətimiz üçün təməl prisiplərdən biri kimi, həlledici amildir. Azərbaycan artıq dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün əsas coğrafiyalardan biridi. Buna misal olaraq, son dövrlərdə siyasi leksikona daxil olmuş  və 2008-ci ildə Prezident cənab İlham Əliyev tərəfindən yaradılmış “Bakı prosesini” qeyd etmək olar. “Bakı prosesi”  artıq mədəniyyətlərarası və dinlərarası dialoqun mühüm elementi kimi dünyada ciddi nüfuz qazanmışdır. Qlobal hərəkata çevrilmiş “Bakı prosesi” çərçivəsində hər il keçirilən beynəlxalq tədbirlər, ölkəmizin dünyada sülhə, harmoniyaya və birgəyaşayışa verdiyi önəmin bariz nümunəsi kimi qəbul olunur.

Qloballaşma şəraitində multikulturalizm siyasəti yeni bir siyasi model kimi dünya birliyi tərəfindən uğurlu təsisatdır.  Azərbaycan öz multikultural təhlükəsizliyini təmin etmək məqsədi ilə çoxmədəniyyətli cəmiyyətin vacib komponenti sayılan milli azlıqlar və dini konfessiyalarla bağlı qanunvericilik bazasını formalaşdırmış və bu çərçivədə BMT, Avropa Şurası, ATƏT, Avopa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və 50-dən artıq beynəlxalq sənədə tərəfdaş çıxmış, bu sahədə beynəlxalq öhdəliyin həyata keçirilməsində mühüm nəticələr əldə etmişdir. Ölkəmizdə mədəniyyətlərarası dialoq təsadüfi xarakter daşımır, əksinə müsəlman və xristian dünyası arasında körpü rolunu oynmaqla tolerantlıq və dinlərarası münasibətlərin əməkdaşlıq platformasında birləşdirici rol oynayır. Azərbaycan multikulturalizm cəhətdən dünyaya nümunə olan bir ölkə kimi tanınır. Azərbaycanda multikulturalizm dövlət siyasətinə çevrilmişdir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı bir dövlət kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir.

Beləliklə, multikulturalizm siyasətinin meydana gəldiyi bir sıra Avropa dövlətlərinin başçıları bu siyasətin ölkələrində iflasa uğradığını bəyan etdikləri bir dövrdə Prezident cənab İlham Əliyev multikulturalizm siyasətinin müasir dövrdə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsində ən mütərəqqi və optimal siyasət olduğunu qeyd edir və onun təbliği, təşviqi istiqamətində çox böyük işlər həyata keçirir və xüsusi olaraq vurğulayır ki,  milli dəyərlərimizə sadiq olmalıyıq və qloballaşma adı altında milli mentalitetə xas olmayan keyfiyyətlərdən uzaq durmalıyıq.

Ağdam Dövlət Sosial-Iqtisadi Kollecinin direktoru

Natiq Əli oğlu Cavadov, iqtisad üzrə elmlər doktoru, professor.

                                                                 

 

 

62 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir