“Regionaz.tv” xəbər verir ki, “Sözün işığı” qəzetinin nəşr olunmasının 20 illik yubileyi münasibəti ilə Cəlilabad rayon Veteranlar Təşkilatı redaksiya heyəti ilə birlikdə tədbir keçirib.
Əmək və Müharibə veteranları, rayonun yaradıcı ziyalıları ilə yanaşı idarə, müəssisə və ictimai birliklərin rəhbərlərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Sözün işığı” qəzetinin baş redaktoru, şair-publisist Ədalət Salman açaraq bu gün yubileyi qeyd olunan ədəbi-bədii və publisistik qəzetin 20 il ərzində keçdiyi inkişaf yolundan, bölgədə ədəbi mühitin formalışmasında və ədəbiyyatın təbliğində göstərdiyi xidmətdən danışıb. O, çıxışının sonunda Aəzərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin “Sözün işığı” qəzetinin 20 illik yubileyi münasibəti ilə redaksiyaya göndərdiyi təbrik məktubunu oxuyub.
“Qarabağ qaziləri” ictimai birliyinin sədri Maşallah Əliyev qəzetin yaradıcı heyətini yubiley münasibəti ilə təbrik etdikdən sonra qəzetin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində göstərdiyi fəaliyyətə görə baş redaktor Ədalət Salmanı Fəxri Fərmanla təltif edib.
Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin sədri İlkin Qubadov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Əlizadə Nuri, Gülbala Teymur, Mirhəbib Sadiq, Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Zülfi Vellidağ, Qurban Əhməd, Rahim Buravarlı, Regionaz.tv internet televiziyasının rəhbəri Murad Hüseynov, Əmək və Müharibə veteranları Mirzəbala Hüseynov, Rasif Həsənov, Sakit İsayev, “Dəmir yumruq” ictimai birliyinin sədri Rəfael Şükürov və tanınmış muğam ustası Akif Babayev çıxış edərək qəzetin müntəzəm işıq üzü görməsində xidməti olanları yubiley münasibəti ilə təbrik edib, səmimi ürək sözlərini bildirib və onlara yeni nailiyyətlər arzulayıblar.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.
 
100 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir