“Regionaz.tv” xəbərverir ki, Ombudsmanın Cənub Regional Mərkəzi Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində “Autizm maarifləndirmə ayı” çərçivəsində “Autizm haqqında ictimaiyyətin məlumatlandırılması” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Etibar Sadıqov və təhsil ocağının müəllim və tələbələri iştirak edib. Tədbir dövlət himnimizin canlı oxunması ilə başlanıb. Daha sonra Ümummili lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Etibar Sadıqov daha sonra mövzunun müzakirəsinin vacibliyi və bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov bildirib ki, BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarına əsasən 2 Aprel tarixi-Ümumdünya Autizm Haqqında Maarifləndirmə Günü kimi təsis olunub. Bu günün qeyd edilməsində məqsəd əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Ümumdünya Autizm Haqqında Maarifləndirmə Günü yer kürəsinin müxtəlif ölkələrində ən görkəmli binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılaraq 2 Aprel tarixini Ümumdünya Autizm Günü olduğunu insanlara çatdırır. İlk dəfə 2010-cu ildə ABŞ-da həyata keçirilən bu aksiya hazırda 5 qitə, 146 ölkə və 650 şəhəri əhatə edir. Ümumilikdə isə aprel ayı bütün dünyada həm də Autizm Haqqında Maarifləndirmə ayı kimi də qeyd olunur. Dünyanın bir sıra ölkələrində olduğu kimi artıq bir neçə ildir ki, Azərbaycan Respublikasında da bu günə həsr olunmuş silsilə maarifləndirmə tədbirləri təşkil edilir. Autizm erkən uşaqlıq dövründə başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur, ancaq əksər hallarda 18-30 ay arasında da aşkar edilir. Bu hala daha çox oğlanlarda rast gəlinir. Autizm zamanı problemlər əsasən üç sahədə olur: sosial qarşılıqlı əlaqədə keyfiyyət pozğunluğu, şifahi və şifahi olmayan ünsiyyət, oyun fəaliyyətindəki pozğunluq, məhdud maraq və fəaliyyət ,təkrarlanan hərəkətlər. Daha sonra autizm əlamətləri hansılardır? Autizmin səbəbləri və nevroloji aspektləri, Müvəkkilin autizm sindromlu insanların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) #AutizmləMümkündür bükletinin təqdimatı keçirilib. Tədbir iştirakçıları Müvəkkilə minnətdarlığını bildirblər.
175 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir