Sabiq dairə sədrinin Neftçalada yaralara yod sürtmək planı

“Regionaz.tv” xəbər verir ki, neçə gündür internet saytlarında əks-səda doğuran xəbərlərdən biri də Neftçalada din xadimlərinin məmur kimi və bir məmurun sanki din xadimi olması xəbəri yayılıb.

Çox təəssüf ki adı çəkilən şəxs ittihamlara hələdə öz mövqeyini bildirməyib. “Regionaz.tv” olaraq sosial mediada yayılan mövzu diqqətimizi çəkdiyi üçün olduğu kimi oxuculara təqdim edirik.

Məlumat üçün bildiririk ki, Neftçalanın əvvəlki axundu Mirseymur Əliyev may ayının əvvəllərində vəzifəsındən azad edilib. Həmən gündən etibarən o, bir iki şəhid atasını özünə yoldaş seçərək 61 saylı seçki dairəsinin sədri Zaur Kərimovla dostluq və qardaşlıq münasibətinə başladı. Hər gün səhər açılanda Mirseymurun aftomobili Zaur Kərimovun bahalı aftomobilinin yanında dayanırdı. Hətta Neftçalalılar belə güman edirdilər ki, Mirseymur da seçki dairəsinin əməkdaşıdır.

Mirseymurun gözləntisi o idi ki, Kərimov ona kömək edəcək. Çünki Zaur Kərimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun tələbə yoldaşı və çox yaxın dostudur. Amma işlər başqa istiqamətə cərəyan etdi və Z.Kərimov rayondakı əməllərinə görə Dairə sədrliyindən uzaqlaşdırıldı, digər tərəfdən oğlu Bəxtiyar Taleh Qaraşovun tapışırığı ilə Lənkəran Dövlət Universitetinə qəbul olsa da etimadları doğruldmayıb və atasının ünvanına danlaq gətirib.

Kərimovun əlindən iş gəlməsə də vəd verib baş aldatmağı peşəkarcasına bacarır. Kərimov seçki dairəsindən qovulsa da, indi Azəryolda icraçı direktor təyin olunmaq astanasındadır…

Bəlkə də yerinə düşər qanayan yaralara yod çəkər.

Qısası KƏRİMOV rayonda bütün sahələrin kuratoru olduğu üçün axundun işdən çıxarılması və təzə axundun gətirilməsində bir başa marağı və dəstəyi var.

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Məmbə: Mediaxeberleri.az

97 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir