Bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası Respublikamızın hər bir bölgəsində böyük coşqu ilə həyata keçirilib.

“Regionaz.tv”xəbər verir ki, əlamətdar günlə əlaqədar Masallı rayonunda yerləşən Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimovun təşkil etdiyi ağacəkmə aksiyasında idarə kollektivinin iştirakı ilə ərazidə xeyli sayda Eldar şamı və dəmirağac əkilib. Aksiyada yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və suvarılıb.

Qeyd edək ki, Ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini, irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.

Bu gün də Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Murad Göytəpəli.

 

 

156 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir