“Regionaz.tv” xəbər verir  ki, son günlər bəzi sayıtlar Masallı rayon Viləşçay Su Anbarı İstirmar idarəsi haqqında heç bir əsaslara söykənmədən qərəzli informasiyalar yaymaqla idarənin işgüzar fəaliyyətinə kölgə salamğa çalışırlar. 

“Regionaz.tv” bu kimi yayılan informasiyaların həqiqətə uyğun olub olmamsını araşdırmaq məqsədi ilə  Masallı rayon ərazi üzrə bir neçə fermerlərlə görüşüb jurnalist araşdırması aparıb. Müsahibimiz fermer Ağarıza Həşimov əməkdaşlarımıza bildirib ki, o üzun illərdi kənd təsərrüfatı ilə məşğul olur. Ötən illərdə əkdiyi məhsulları becərməsində su çatışmamzlıqından əziyyət çəkdiyini desədə son 2 ildir ki,  ərazidə kanlların vaxtı vaxtında lildən təmizləndiyi üçün hazırda suvarma ilə bağlı  heç bir çətinliyinin olmadığını bildirib.

“Regionaz.tv” Mətbuatda səsləndirlmiş ünvansız ittihamlarla bağlı adı çəkilən Masallı rayon Viləşçay Su anbar istismar idarəsinin rəisi Rusuf Kərimovla görüşüb məsələyə aydınlıq gətrib.

İdarə rəisi Rusif Kərimov:  Rəhbəri olduğu idarə haqqında sayıtlarda yazılmış yazılar əsassızdır.

Viləşçy Su Anbarının 2-ci növbəsinin tikilməsi ilə bağlı mətbuatda verilmiş məlumatın özündə belə rəqəm səhvləri var.

“Rusif Kərimov” Cavab olaraq bildirir ki, Masallı rayon ərazisində Viləşçay su anbarının 2-ci növbəsinin Layihə simeta sənədləri hazırlanıb nəzərdə tutulan su anbarının həcmi  93 miliyon metr  kuba çatdırılaçadır.

“Regionaz.tv” Sual: Sayıtlarda qeyd edilir ki, Fermerlərə verilən su Viləşçay Su Anbari İstismar idarəsi tərəfindən satılır bununla bağlı nə deyərdiniz.

Bildirmək istəyirik ki, Viləşçay Su Anbarı istismar idarəsi bir başa fermerlərlə su müqaviləsi bağlamır. Müqaviləni sudan istifadə birlikləri ilə bağlayır. Yəni SİB idarəsi Siblər isə fermerlərlə müqavilə bağlayırlar. Bugünkü gündə isə  Viləşçay Su Anbar istismarı idarəsi sudan istifadə birliklərinə müqavilə əsasında 1000 kub metr su 50 qəpikdən su pulu müqaviləsi bağlamışdır.

“Regionaz.tv ” Sual: Maşın və mexanizmləri üçün ehtiyat hissələri matrialların və avadanlıqların satın alınması barədə mətbuatda qeyd edilənlərə münasibətiniz?

Bildirmək istəyirəm ki, ehtiyyat hissələrinin və materialların satın alınması bir başa tender üslu ilə həyata keçrilir və buna Melorsiya və Su Təsərrüfatı ASC-nin tərkibində yaradılmış tender MMC-nin nümayəndələri tərəfindən mal matrialın ehtiyyat hissələrinin qəbulu zamnı bir başa iştirakı vasitəsi ilə idarənin anbarına daxil olur və onların nəzarəti ilə istifadə olunur.

“Regionaz.tv” Sual: Kanalların vaxtı-vaxtında lildən təmizlənməməsindən və nəticədə fermerlərin sudan istifadə etməsində çətinlik yaranması barədə nə deyə bilərsiniz?.

Kanlların lildən təmizlənməsi ilə bağlı Masallı rayonunda ötən il və carı ildən sorğu aparsanız görərsiniz ki, illərlə təmizlənməyən sel ötrücü və su aparıcı kanllarda lildən təmizlənmə işləri aparılmış və kanllarda suyun sərbəst axımının qarşısını alan maneələr ardan qaldırılmışdır. 2022-2023-cü illə ərzində ümumilikdə 436 km uzunluğunda açıq torpaq kanallarında lildən təmizlənmə işləri aprılmışdır.

“Regionaz.tv” Sual:  Su anbarının iriqasiya su buraxıcısında elektirik enerjisinin verilməsi məqsədi ilə transformatorların təmir olunması, hidrovlik siteminin yağının verilməsi və naqillərin yenisi ilə əvəz edilməsi adı altında küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsi üzə çıxar. Bu kimi ağır ittiham mətbuatda qeyd edilib. Bununla bağlı nə deyə bilərsiniz?

Cavab: bildirmək istəyirik ki, Viləşçay Su Anbarının İriqasıya su buraxıcısının ərazisndə elektirik trnsvarmatorları Azərenerji tərəfindən möhürlənmiş və ona nəzarət olunur. Hidravlik siteminin yağnın dəyişdirlməsi isə vaxtı vaxtında həyata keçrilir. Kabellərin və naqillərin yenisi ilə əvəz edilməsinə gəldikdə isə Viləşçay Su Anbarının ikinci növbəsi tikildikdən sonara yenisi ilə əvəz olunub dəyişdiriləcəkdir.

“Regionaz.tv” Sual:  Anbardakı Balıq biznesi ilə bağlı fikilərə nə deyə bilərsiniz?.

Cavab : Hamıya məlumdır ki, Viləşçay Su Anbarı istismar idarəsinin anbarı dörd bir təfdən təhlüksizlik məqsədi ilə mühafizə olunur. Lakin bəzi hallarda insanlar heç bir təhlükəni göz önünə almadan özlərini təhlükəyə atıb gizli yollarla balıq ovu etmək istəyirlər. Bu kimi halların qarşısı vaxtında alındıqı üçün onlar hesab edir ki, biz anbarda balıq yetişdirb biznesi ilə məşğul oluruq. Atalar yaxşı deyib pişiyin ağzı ətə çatmayanda miyoldayır. Anbarda balıq məsləsinə gəldikdə isə təbi ki  anbarda ya balıq yada ki, qurbağa olar.

“Regionaz.tv” Sual: Su anbarının Mühafizə zonasında tikilmiş yaşayış və qeyri yaşayış obyektlərin olması barədə nə deyərdiniz?.

Su anbarının mühafizə zonasında tikilmiş yaşayış və qeyri yaşayış obyektləri 2000-ci illərdə tikilmiş tiklilərdir. 2015-ci ildə FHN-nin səlahiyyətli nümayəndələri və RİH-nin nümayəndələri əraziyə baxış keçirmiş və həmin tiklilər barədə akt tərtib edilmişdir. Mənim işlədiyim dövrdə 1 vətəndaş sözü gedən ərazidə çəpər çəkmək istəmiş və onun qarşısı dərhal vaxtınad alınmışdır. Hazırd iş məhkəmənin ekispertiziyasında işə baxılır.

Murad Göytəpəli.

395 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir