Rusiya ordusu Odessaya pilotsuz təyyarələrlə hücum edib.

“Regionaz.tv” xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Hücum gecə saatlarında olub. Qeyd olunur ki, Qara dənizdən Odessa bölgəsinə 8 hücum pilotsuz təyyarəsi göndərilib. Bir saat ərzində hava hücumundan müdafiə bölmələri bu hücumu intensiv şəkildə dəf edib. Nəticədə yeddi hədəf məhv edilib, lakin PUA-lardan biri Odessanın yaşayış məntəqələri arasında manevrlər zamanı yaşayış massivindəki 9 mərtəbəli binaya dəyib. Binanın bir hissəsi dağılıb.

Son məlumata görə, 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Odessa administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, kommunal şəbəkələr və qazanxana zədələnib, yaxınlıqdakı evlərin istiliyi kəsilib.

***

Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bu barədə Odessa vilayət administrasiyasından bildirilib.

Xilasetmə əməliyyatı hazırda davam etdirilir.

83 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir