Sahibkar deyir ki, Şuşaya işıq çəkilməsi ilə bağlı dövlət televiziyası qısametrajlı sənədli film çəkib və efirə verib. Vüqar Əhmədovdan xahiş edir ki, ən yaxın dostu Kamil Hüseynovun onu aldatmasının qarşısını alsın: “Kamil Hüseynov pulları mənimsəyib. Yalandan deyir ki, bizim Yusifə borcumuz yoxdur. Mən ortaya sənəd qoyuram. Onlar isə boş sözlərdən başqa heç nə qoya bilmirlər. Çünki mənə çatacaq pullar Kamil Hüseynov tərəfindən necə oluğu bəlli deyil. Xahiş edirəm ki, Vüqar Əhmədov bu məsələyə son qoysun, mənə çatacaq pulların ödənməsini təmin etsin”.

P.S Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.(musavat.com)