“Regionaz.tv” xəbər verir ki, son vaxtlar ölkədə  Vətən müharibəsi qazilərinin səbəbli və səbəbsiz yerə intihar etməsi kimi hallar cəmiyyətdə ciddi narahatlıq yaradır.

Bəs bu kmi neqativ halların qarşısı necə alınmalıdır?

Hesab edirəm ki biz qalib xalq olaraq bu kimi neqativ hallara qarşı vətəndaş cəmiyyəti mövqeyi olaraq pisxaloji və sosial rifahı aşğı olan bu kateqoriya aid olan  şəxslərə qarşı  xüsusi diqqət və qayğı göstərməliyik.

Təbii ki başa düşlən haldır. Vətən müharibəsində döyüşmüş hər bir əsgər torpaqlarımızın azadlıqı uğurunda misilsiz xidmətləri olmuş və onlar müharibədə cidi pisxloji travmalara məruz qalıblar.

Xüsusi ilə qeyd edək ki, ölkə rəhbəri cənab Prezident İlham Əliyev  Şəhid ailələrinin, Qazilərin və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində mütamadi olaraq ciddi tədbirlər həyata keçirir.

Bəs görəsən regionlarda ölkə rəhbərinin bu kimi kateqoriya aid olan insanlara göstərdiyi xüsusi  diqqət və qayğı necə haəyat keçirilir?

Tərəfimizdən aparılan müşahdələr onu göstərir ki, işsiz olan bir çox şəhid ailəsinin üzvləri və qazilərə neft şirkətlərində və yüksək əmək haqqı verilən şirkətlərdə yox  yeni yaradılmış Dost Xidməti  Mərkəzi tərəfindən küçələrin süpürülməsinə və idarə müəəsisələrə xadimə kimi  işə götürürlər. Belə olan halda bu kimi ailələrin əksəriyyəti idarə rəhbərləri tərəfindən Şəhid və Qazi adına hörmət əlaməti olaraq onların yaxınlarına xüsusi güzəş edilir. Hətta əksəriyyəti işə belə getmir. Nəticədə  isə baş verən hallar heçdə ürək açan olmur.

Bəs sonvaxtlar qazilərin intihar etməsinə səbəb nədir?

Məlum məslədir ki. Qaziləri xüsusi vaxt tələb edən yüksək əmək haqqı verilən şirkətlərə işə cəlb edilmir. Düşünürəm ki, onlar yüksək əmək haqqı ilə müvafiq işə cəlb edilərsə həm  sosial rifahı yaxşı olar həmdə ki, kollektivin dəstəyi ilə pisxaloji vəziyyətləri qaydasına düşər. Çox təəsüf ki, belə deyil. Nəticədə ağır sosial həyat tərzi keçirən pisxaloji durumu yerində olmayan Vətən müharibəsinin Qaziləri kiçik bir insident zamanı çıxş yolunu yalnız intiharda görürlər. Necə ki bir necə gün bundan öncə Cəlilabd rayonundan olan Vətən müharibəsinin Qazisi Məmmədov Səbran Əsgər oğlu Cəlilabad rayon Dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilinə baxış keçirən zaman  sənədlərinin qaydasında olmadığı üçün ona yazılan  cəriməyə görə  üzərinə benzin tökərək özünü yadırıb.

Əlbətdə mən burada kiməsə haqq qazandırmaq istəmirəm. Yaranmış vəziyyət onu göstərir ki, hazırda bir çox qazilərimizin ciddi pisxaloji problemləri var. Müvafiq qurumlar isə həssas təbəqəylə mümkün qədər nəzakətli davranmalıdır.  Yaxşı olardı ki, məslənin ciddiliyi nəzərə  alınaraq Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agetliyi tərəfindən növbəli şəkildə Qaziləri müxtəlif vaxtlarda reablitasiya məqsədi ilə santoriyalara göndərsinlər!

Biz “Regionaz.tv” və müstəqil ictimai nəzarəti həyata keçirən  qurum olarq Vətən müharibəsi Qazilərinin intihara  əl atmalrına təəssüf hissi keçiririk. Qazimizə allahdan şəfa arzulayırıq. Birdaha Qazilərimizi səbirli və təmkinli olmağa çağırırıq. Onlar bilməlidirlər ki, Qazilərimiz gələcək nəsillərimizə bir örnək simvoludur. Onlar daha da təmkinli və iradəli olmalıdırlar.

Jurnalist: Murad Göytəpəli.

 

 

699 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir