Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Vardenis (Basarkeçər) rayonunda müəmmalı olaylar baş verir.

“Regionaz.tv”xəbər verir ki, Ermənistan daxilində baş verən gərginlik onu daxili müharibəyə  gətirib çıxarıb .

Bir müddət əvvəl erməni mediasında Azərbaycan əsgərlərinin bu istiqamətdə Zod kəndinə girməsi barədə iddia yayıldı. Hətta deyildi ki, guya əsgərlərimiz ermənilər üçün siqaret qoyub, divara hansısa sözlər yazıblar.

Daha sonra bu məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib edildi.

Ötən gün isə Basarkeçərdə daha qəribə hadisələr yaşanıb. Belə ki, Ermənistan 2-ci Ordu Korpusunda bir gündə iki zabit güllələnərək öldürülüb. Yanvarın 9-u saat 06:20-də döyüş mövqeyində müqaviləli əsgər Karen Karapetyanın güllə yarası ilə meyiti aşkar edilib. Həmin gün saat 11:30-da isə baş leytenant Mikael Danielyanın güllə yarası ilə meyiti başqa mövqedən tapılıb.

İki zabitin ölümü Ermənistanda şok effekti yaradıb. Hətta Baş Qərargah rəisi Edvard Asryan 2-ci Ordu Korpusunda olub və bölmələrdə baş vermiş insidentləri komandanlıqla müzakirə edib.

Xatırladaq ki, Basarkeçərdə müəmmalı olaylar tez-tez yaşanır. Buna bir il əvvəl Ağkilsə kəndi ərazisində yerləşən erməni hərbi hissələrindən birində kazarma yanğınını da aid etmək olar. Həmin hadisədə 15 erməni əsgər yanaraq ölmüşdü.

Bütün bu hadisələrin fonunda Ermənistan rəsmilərinin tez-tez “qoşunların sərhəddən güzgü effekti ilə çəkilməsi” ideyasını səsləndirməsi diqqət çəkir. Rəsmi Bakı haqlı və məntiqli olaraq bu təklifə rədd cavabı verib. Torpaqlarımızı 30 il işğalda saxlayan bir ordunun hansısa təxribata əl atmayacağına heç kim zəmanət vermir. Amma Basarkeçərdə yaşanan olaylar göstərir ki, Ermənistan deyəsən, öz qoşunlarını sərhəddən çəkməyə başlayıb, sadəcə, bir az fərqli formada – öldürərək, yandıraraq, qorxuya salaraq.

Belə dəhşətli vəziyyətdə orduya malik ölkənin katolikosu və digər revanşistləri deyir ki, “Azərbaycandan qisas almalıyıq, Qarabağa qayıtmalıyıq”. Lakin Ermənistandakı “ağıllanmış başlar” çox gözəl anlayırlar ki, növbəti müharibəyə cəhd etsələr, bu dəfə Basarkeçərdə erməni əsgərlərinin heç meyitlərini də tapmaq mümkün olmayacaq. Azərbaycan Ordusu 2020-ci il müharibəsindən sonra daha da güclənib. Bunu sentyabrın 19-20-də son dərəcə çətin relyef və coğrafi şəraitdə keçirilən antiterror tədbirləri də göstərir. Hamının narahatlıqla “şəhər döyüşləri olacaq, çətin keçəcək” dediyi ərazi 23 saat ərzində tabe edildi.

İnanırıq ki, bu, Cənubi Qafqazda sonuncu hərbi fəaliyyət olacaq. İndiki məqamda hər birimizin istəyi regionda yeni müharibənin olmaması, sülh müqaviləsinin bağlanmasıdır.

Amma görünür, Ermənistan ordusu özü ilə müharibəyə başlayıb…/Globalinfo.az

81 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir