“Regionaz.tv” xəbər verir ki, son iki ildə  Cəlilabad rayon ərazisində aparılan abadlıq və quruculuq işləri rayon və kənd sakinlərinin həyat səviyyəsini yaxşılaşdırıb.
Etiraf edək ki, ötən illərə nəzər salsaq görərik ki, Cəlilabad rayonu  bu gun abad bir rayona çevrilir. Əlbətdə bu görülən işlər məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin Regionların Sosial İqtisadi İnkişaf proqramına verdiyi böyük tovhənin bariz nümunsəidir.
Belə bir deym  var yol mədəniyyətdir. Bir neçə il bundan öncə ucqar dağ kəndlərində yaşayan sakinlərinin Cəlilabad rayonu ilə gediş-gəliş əlaqəsi saxlamısnda ciddi  narahatlıq var idisə, bu gun artıq nəin ki, ucqar  kəndlərdə hətta rayonun qəsəbə və kənddaxili yollarında insanların rahat gediş-gəlişinin təmin olunması üçün  küçələrə safalt  örtüyü vurulur. Əlbətdə bu görülən işlər ölkəmizdə gedən sürətli inkişafdan xəbər verir.
Qeyd edək ki, hazırda Cəlilabad rayon icra başçısı Rafiq Cəlilovun rəhbərliyi ilə Cəlilabad rayonunu şəhərdaxili küçələrində vətəndaşların gediş-gəlişində, xüsusən qış mövsümündə yaranan problemlərin aradan qaldırılması üçün Cəlilabad şəhərində asfaltlanma işləri davam etdirilir və şəhər daxili küçələrə mərhələli şəkildə asfalt örtüyü döşənir.
Bu gün Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad şəhəri 28 May küçəsinin 345 metr və Fərid Əhmədov küçəsinin 340 metr hissəsində aparılan asfaltlanma işləri ilə yerində tanış olmuş, işlərin keyfiyyətli və normalara uyğun aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Murad Göytəpəli.
435 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir