Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın uşaq dünyaya gətirib.

“Regionaz.tv” APA-ya istinadən məlumatına görə, Lənkəran rayonunun Bürcəli kənd sakini, 60 yaşlı Ayaxanım İltifat qızı Səfərova hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3100 qr., boyu 49 sm olan qız uşağı dünyaya gətirib.

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxş sayılır.

Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir.

86 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir