Pensiya, müavinət və digər ödəniş alanlar üçün yeni “Sosial tərəfdaş” layihəsi həyata keçirilir.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “Sosial tərəfdaş” adlanan yeni layihə təqdimatı zaman deyib.

O qeyd edib ki, DSMF-dən pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) həmin qurumdan sosial ödənişalanlara sosial dəstək məqsədilə “Sosial tərəfdaş” adlı yenilayihəyə başlayıb.

Dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımıvə kompensasiya alan vətəndaşları əhatə edir.

Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aidmarket, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq”, – deyə o qeyd edib

81 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir