“Regionaz.tv” xəbər verir k. İsrail Müdafiə Qüvvələri tərəfindən Qəzza zolağında yerləşən “Əş-Şifa” xəstəxanasının direktoru saxlanılıb.

Bu barədə xəstəxananın həkimi məlumat verib.

Onun sözlərinə görə, xəstəxananın direktoru və bir neçə digər tibb işçisi bu gün İsrail qüvvələri tərəfindən saxlanılıb.

“Doktor Məhəmməd Əbu Salmiya bir neçə digər həkimlə birlikdə saxlanıldı”, – deyə xəstəxananın şöbə müdiri Xalid Əbu Samra Fransa nəşrinə bildirib.

Həmçinin “Kan” ictimai yayım kanalı da Əbu Salmiyanın İsrail hərbçiləri və kəşfiyyatçıları tərəfindən sorğu-sual edildiyi ilə bağlı məlumat verib. Eyni zamanda ordu radiosu onun təxliyə üçün cənub sektoruna doğru getdiyi zaman saxlanıldığını bildirib.

 

83 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir