“Regionaz.tv” xəbər verir ki, Cəlilabad rayon Göytəpə şəhər  Polis Şöbəsinin təşkilatçılığı ilə Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbində şagirdlərin iştirakı ilə  “Narkomaniyaya və cinayyətkarlıqa” qarşı yox deyək devizi altında marifləndiriçi tədbir keçirilib.

Tədbirdə  Göytəpə şəhər polis şöbəsinin rəisi polkovnik Asif İmanov, hüquq mühafizə orqanlarının əməkdaşıarı, Göytəpə şəhər ərazi nümayəndəliyinin əməkdaşları, məktəb müəllimləri  və məktəb rəhbəri Elnur Quluyev yaxından iştirak edib.

Şagirdlər qarşısında çıxış edən Göytəpə şəhər Polis Şöbə rəisi polkovnik Asif İmanov müasir dövrümüzün ən böyük probleminə çevrilən”ağ ölümün” fəsadlarından danışıb. Zərərli maddələrin insan sağlamlığına vurduğu zərərlərdən bəhs edən polis rəisi məktəblilərə dəyərli tövsiyələr verib.

Məktəb rəhbəri Elnur Quluyev öz çıxışında bildirib ki bu kimi marifləndirici tədbirlər şagirdlərimizn pis vərdişlərə yönəlməsinin qarşısnı alır. Və o bu kimi marifləndirci tədbirlərin məktəblərdə təşkil olnduğu üçün Göytəpə şəhər Polis Şöbəsinin rəisi Asif İmanova öz təşəkkürünü bildirib.

Murad Göytəpəli.

 

140 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir