Prezidentin Təhlükəsizlik Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Baku Textile Company” MMC olub.

“Regionaz.tv” yeniavaz.com-a istinadla xəbər verir ki, Xidmət hərbi geyimlərin satın alınmasına görə MMC-yə 259 min 979 manat 13 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 200 manat nizamnamə kapitalı olan “Baku Textile Company” MMC-nin qanuni təmsilçisi Nərimanov Elçin Ələzim oğludur. Şirkət 24 oktyabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, “Baku Textile Company” MMC-nin ötən günə (2 sentyabr) olan məlumata görə, dövlət büdcəsinə 2 min 185 manat 84 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

33 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.