15 iyun-Milli Qurtuluş Günü münasibəti Cəlilabad rayon İcra və Probasiya şöbəsinin rəisi Ədliyyə müşaviri İsmayıl Abazəlıyev Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edir.
Doğma Azərbaycanımızın ən əlamətdar günlərindən biri olan 15 iyun xalqımızın yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin banisi, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Çağdaş tariximizdə müstəsna yeri olan Ümummilli Liderimiz azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və dahiyanə uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirmiş, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Dahi siyasətçi Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən son 17 il ərzində dünyanın qlobal çağırışlarına uyğun olaraq uğurla davam etdirilməsi Azərbaycanı Avroatlantik məkanda mühüm strateji mərkəzə, Cənubi Qafqaz regionunun liderinə, sürətlə tərəqqi edən, beynəlxalq aləmdə böyük nüfuzu olan, transmilli layihələri reallaşdıran və mötəbər tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətə çevirmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin tarix baxımından qısa zaman kəsyində müasir həyatımızın bütün sahələrində qazandığı yüksək nailiyyətlər sözün həqiqi mənasında möhtəşəmdir. Bu gün hər bir azərbaycanlı bu misilsiz uğurlarla fəxr edir və haqlı olaraq öz dövləti ilə qürur duyur.
Hörmətlə: Cəlilabad İcra və Probasiya şöbəsinin rəisi
Ədliyyə müşaviri İsmayıl Abazəlıyev.