“Regionaz.Tv” xəbər verir ki, Masallı rayon Xallıcallı kənd sakini Əliyeva Təmamzər Sarıbala qızı və ailə üzvləri 10 may tarixində Ulu öndər Heydər Əliyevin məzarına şikayətə gedəcəklər. Şikayətçi Tamazər Əliyeva Masallı rayon Təhsil şöbəsindən və İcra hakimiyyətindən şikayətçidir. 65 yaşlı şikayətçi bildirir ki, o Masallı rayon Elşən Qarayev adına Xallıcallı kənd orta məktəbində 31 il xadimə işləyib. Ailə vəziyyətləri isə çox ağır olub. O, 8 nəfər ailəyə  baxıb. Masallı rayon  İcra hakimiyyətindən ona söz verilmişdir ki, ailə vəziyyəti nəzərə alınıb 65 yaşı tamam olandan sonra qızı Əliyeva Zülfiyyə Bəxtiyar qızını onun yerinə məktəbdə xadimə işinə götürülməsinə köməklik edəcəklər. “Regionaz.Tv”-yə dərdini danışan 65 yaşlı Tamamzər Əliyevə bildirir ki, Masallı rayon icra hakimiyyəti ona verdiyi sözü tütmadı. Təmamzar Əliyeva deməsinə görə, həmin vakant iş yeri şəhidin qardaşı arvadına veriləcək deyə qızını işə götürmürlər. Şikayətçinin deməsinə görə onunla bərabər yaşayn qızı bir neçə ildir həyat yoldaşından ayrılıb. O heç bir aliment və ya sosial yardım almır. İki azyaşlı məktəbli uşağı var, çox çətin yaşayrq. Qızım işləməlidir o çünki  gələcəyin vətəndaşı olan övladlarını böyütməlidir. Hazırda maddi vəziyyətimizin ağır olmasından uşaqlar məktəbə getmir. Biz çox aidiyyatı qurumlara müraciət etdik lakin müraciətlərimiz bu günə kimi çavabsız qaldı. Təmamzar Əliyeva onuda bildirir ki, onların ailələrinin hazırkı ümüd yeri Ulu öndər Heydər Əliyevin anım günündə məzarını ziyarət edib orada mətbuat qarşısında Ulu öndərin məzarına şikayət etsinlər.
513 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir