“Regionaz.tv” xəbər verir ki, Göytəpə şəhər V. Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə Ümummilli liderimizin anım günü tədbiri keçrilib.

12 dekabr 2023 – cü il tarixində məktəbin müəllim və şagird kollektivi Ümummilli lider Heydər Əliyevin Göytəpə şəhər parkındakı abidəsini ziyarət etdib, abidənin qarşısına qərənfil gül dəstələri düzülərək dahi şəxsiyyətin ruhunu bir dəqiqəlik sükutla yad edib  ruhuna  dualar oxundu. Daha sonra 10 cu sinif şagirdlərinin iştirakı ilə məktəbdə “Heydər Əliyev – unudulmaz şəxsiyyət” adlı dəyirmi masa təşkil olundu. Dəyirmi masanı ilk çıxış  sözü  ilə açan  məktəbin direktoru Elnur Quluyev şagirdlər qarşısnda çıxşı edərk Ulu öndər Heydər Əliyev haqqında xoş təsüratlarını bölüşdü. Sonra isə məktəbin tarix müəllimi Firudin Zeynalov Ulu öndərin həyatı və fəaliyyətindən geniş məlumat verdi. Şagirdlərin ulu öndər barədə fikirləri dinlənildi. Çox maraqlı fikir mübadiləsi aparıldı.
Əlbəttə gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhrələnməmək mümkün deyil. Dövlətimizin güclü və qüdrətli olması üçün layiqli gənclərin yetişdirilməsi əsas şərtdir. Fəaliyyətində bunu əsas götürən məktəb rəhbərliyi və məktəbin müəllim kollektivi bu istiqamətdə yorulmadan çalışırlar.
Allah ulu öndərə rəhmət eləsin!

240 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir