“Regionaz.tv”-nin xarici mediaya istinadən məlumatına görə, verilən status Odessanın tarixi və mədəni irsini Rusiyanın hücumlarından qorumaq məqsədi daşıyır.

Ukraynanın liman şəhəri Odessanın tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrsi və YUNESKO-nun Təhlükəli İrs Siyahılarına daxil edilib.

YUNESKO-nun baş direktoru Audrey Azuley sosial media hesabından Odessanın tarixi mərkəzinin Dünya İrs Siyahısına daxil edilməsi ilə bağlı tvitindən sitat gətirərək, Odessanı “azad şəhər, dünya şəhəri, kinoda, ədəbiyyatda və incəsənətdə iz qoymuş əfsanəvi liman” kimi təsvir edib.

Azoulay bildirib ki, bu qərar həm də Rusiya da daxil olmaqla, müqavilə bağlayan bütün üzvlərin Ümumdünya İrs obyektinin “qəsdən məhvinə səbəb olmamaq” öhdəliyinə sahib olması deməkdir.

YUNESKO-nun Parisdə keçirilən panelində verilən status Odessanın tarixi və mədəni irsini Rusiyanın hücumlarından qorumaq məqsədi daşıyır.

115 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir