İranda molla rejiminin əleyhinə aksiyalar davam edir.

“Regionaz.tv” xəbər verir ki, ötən gün İranın Zahidan, İsfahan şəhərində və bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib.

Etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”  və digər şüarlar səsləndirilib.

Təbrizin Təhlükəsizlik İdarəsində saxlanılan etirazçılar onlardan bəzilərinin yeməyinə narkotik maddə qatılmasından şikayətləniblər. Azərbaycanlı qadın rəqs müəlliməsi Fatimə Məhəmmədi Fərdrud həbsdən çıxandan dərhal sonra halsızlaşıb və analizlərdən sonra həkimlər ona bildiriblər ki, analizlər onun orqanizmində yüksək dozada narkotik maddə tapıldığını göstərir.

Təbrizin Tuba parkında həbs edilən milli fəal Fərzad Təqəvi Bayat 3 il həbs cəzasına məhkum edilib.

Qorqan əyalətinin sakini, 21 yaşlı idmançı Saleh İbadi təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Onun hansı səbəbdən həbs edildiyi və harada saxlanıldığı məlum deyil.

Qəhdərican şəhərində isə etirazçılar “Bəsic” qüvvələrin baza və qərargahlarına Molotov kokteylləri atıblar.

Məlumatlarda bildirilir ki, Bəlucistan əyalətində son 120 gündə 82 nəfər edam olunub.

159 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir