“Regionaz.tv” xəbər verir ki,Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı” növbəti 2026-cı ilədək ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. Bu, bir daha onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə baxır.
Son 19 ildə Azərbaycan iqtisadiyyatı xeyli artmışdır. Respublikamız bölgənin ən qüdrətli ölkələrindən birinə çevrilmiş, beynəlxalq aləmdə demokratik inkişafda olan bir dövlət kimi tanınmışdır. Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, regionda lider dövlətə çevrilməsi ilk növbədə Azərbaycan Prezidentinin düşünülmüş siyasətinin, ölkədə ictimai – siyasi sabitliyinin yaradılmasının, vətəndaş həmrəyliyinin təmin edilməsinin nəticəsidir.
Dövlətimizin iqtisadi uğurları ilk növbədə erməni faşizmi üzərində qələbəmizi reallaşdırdı. Əgər Azərbaycan iqtisadi cəhətdən güclü, beynəlxalq aləmdə sözü keçən bir dövlət olmasaydı 44 günlük müharibəni belə unudulmaz qələbə ilə başa vura bilməzdik. Bu dünya hərb tarixinə qızıl hərflərlə yazılan qələbə olmaqla bərabər, həm də iqtisadiyyatımızın dayanıqlı, xalqın yekdil, ordumuzun güclü olduğunu göstərdi.
Proqrama əsasən dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün iki məqsəd təmin olunmalıdır: davamlı və yüksək iqtisadi artım, habelə daxili və xarici təsirlərə dayanıqlıq. Davamlı və yüksək iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramda bildirilir ki, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət göstərməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq, iqtisadi imkanlara çıxışı bərabərlik və ədalətlilik baxımından diqqət çəkməlidir.
Bu sənədi öyrənərkən bir daha əmin oluruq ki, ki, iqtisadiyyatı möhkəm, davamlı və dayanıqlı olan dövlət güclüdür, çətinlikləri dəf etməyə, xalqı öz ətrafında birləşdirməyə, beynəlxalq aləmə çıxmağa qadirdir.. Biz də möhkəm inanırıq ki, ki, ölkəmizin iqtisadiyyatı bundan sonra da uğurla inkişagf edəcək, insanlarımızın yaxşı, mənalı yaşaması təmin olunacaq.

Ceyhun Rəhimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

81 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir