“Regionaz.Tv” xəbər verir ki, Gəncədə kütləvi dava zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində kütləvi dava zamanı “5 açılan” silahdan açılan atəş nəticəsində 1980-ci il təvəllüdlü Məmmədov Əli ölüb.

Daha iki nəfər – Bayramov Kamal (1986) və Niyazi Bayramov (1994) bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. 

Hadisənin tərəflər arasında olan borc pul üstdə baş verdiyi deyilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

21:40

Gəncə şəhərində kütləvi dava olub.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində baş vermiş hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Olay nəticəsində bir nəfər “Vinçester” silahı ilə güllələnərək öldürülüb, 2 nəfər isə bıçaqlanıb.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

339 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir