Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib ki, Vladimir Putin guya NATO ölkələrinin Rusiyanı təhdid etdiyinə dair görüntü yaratmağa çalışır.

“Regionaz.tv”-nin Oxu.az-a istinadla xəbərinə görə, “NATO açıq şəkildə bildirir ki, biz müdafiə ittifaqıyıq. NATO heç vaxt Rusiyanı təhdid etməyib və indi də etmir”, – Britaniya XİN rəhbəri bəyan edib.

Kleverli vurğulayıb ki, NATO-ya daxil olan ölkələr bunu könüllü edirlər və bunda heç bir məcburiyyət yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Ukraynadakı müharibə Rusiya ilə NATO arasında müharibəyə çevrilə bilər. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü bütün beynəlxalq nizamı təhlükə altına qoyur. Deməli, bütün dünya Rusiyanın məğlubiyyətində maraqlıdır.

345 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir