“Artsax” Respublikasının prezidenti” Araik Arutyunyan Ermənistandan qayıtdıqdan sonra İrəvanda keçirilən görüşlərin təfərrüatlarını siyasi qüvvələrə və müxtəlif dairələrə təqdim etmək üçün Stepanakertdə (Xankəndi – red.) silsilə görüşlər keçirmək təşəbbüsü ilə çıxış edib. Xatırladaq ki, ötən həftə “prezident” Arutyunyanın rəhbərlik etdiyi nümayəndə heyəti Praqada əldə olunan razılaşmaların təfərrüatını Nikol Paşinyandan öyrənmək üçün Ermənistana gəlmişdi.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Erməni nəşri separatçı qurumun “rəhbəri” Araik Arutyunyanın İrəvandan əliboş qayıtmasının pərdəarxası məqamlarına toxunub:
“Nümayəndə heyətinin Ermənistan Təhlükəsizlik Şurasının katibi, xarici işlər naziri, Ermənistan prezidenti və Milli Məclisin spikeri, eləcə də Baş nazir Paşinyanla görüşləri çətinliklə və gecikmə ilə olub. Araik Arutyunyan bu görüşlər zamanı əldə etdiyi məlumatları “Artsax”ın siyasi elitasına çatdırıb.
Dünən Stepanakertdə (Xankəndi – red.) başlayan görüş-müzakirələr çərçivəsində Arutyunyan “Milli Məclis”də təmsil olunan siyasi qüvvələrin sayı 10 nəfər belə olmayan kiçik bir qrupunu qəbul edib. Və dünən əvvəlcə “hökumət”, sonra isə “parlament” üzvləri ilə qapalı iclas keçirilib.
“Ermənistan İctimai Şurasının üzvləri və cəmiyyətin digər qrupları ilə də müzakirələr planlaşdırılır”, – deyən “prezident”in sözçüsü Araik Arutyunyanın “Artsax” ictimai televiziya şirkətinin təklifini qəbul etdiyini və bütün görüş və müzakirələrdən sonra onun həftənin sonunda ictimaiyyətin əsas suallarını cavablandıracağını vurğulamışdı.
Bəs, Araik Arutyunyan “Artsax”ın siyasi elitasına hansı mesajları verdi və İrəvandakı görüşlər haqqında nə dedi? O, ilk növbədə, Nikol Paşinyan və digər yüksək vəzifəli məmurların mütəmadi olaraq ittiham olunduqları “Artsax”dan əl üzmək məsələsini xalqa çatdırdı. Və deyilənlərin əks-sübutu “Artsax”a verilən maliyyə dəstəyidir ki, bu da davamlı olacaq. Bununla belə, onlar əlavə ediblər ki, vəziyyət və geosiyasi proseslər elə qurulub ki, təkcə “Artsax”ın deyil, həm də Ermənistanın taleyi təhlükə altındadır və bu baxımdan ən effektiv yol Ermənistanın öz problemləri ilə, “Artsax”ın isə öz məsələləri isə məşğul olmasıdır.
Praqa danışıqlarında və sazişlərdə məhz bu qeyd edilib ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır, bundan sonra birbaşa Bakı-Xankəndi əlaqəsi qurulur, danışıqlar aparılır və beynəlxalq ictimaiyyətin və Ermənistanın dəstəyi ilə onlar məsələni həll etməyə çalışırlar. Həmçinin, Paşinyan “Xilas naminə ayrılma” ideyasını təhrif etməyə çalışıb ki, bununla da “Artsax” və Ermənistanı ayırmaqla həm Ermənistanı, həm də “Artsax”ı xilas etmək olar. Lakin Ermənistan sülh müqaviləsini imzalayarsa və azərbaycanlıların tələblərini yerinə yetirərsə, “prezident” “Artsax”ın Ermənistandan ayrılması ilə necə xilas ediləcəyini ətraflı açıqlamayıb. Araik Arutyunyan və Ermənistandakı nümayəndə heyətinin digər üzvləri isə yalnız bunun mümkün olduğunu xalqa əmin ediblər.
Arutyunyandan “Artsax”ı necə xilas etmək olar soruşduqda o deyib ki, görüşlərin məqsədi birgə müzakirələr aparmaq, həll yollarını tapmağa çalışmaq və vahid qüvvə ilə “Artsax”ı bu vəziyyətdən çıxarmaqdır. Arutyunyan rəsmi İrəvanın nəsihətini də çatdırıb ki, əgər “Artsax xalqı” “Artsax”a kömək etmək istəyirsə, indi açıq şəkildə bəyan etməlidir ki, heç kim, o cümlədən Ermənistan “Artsax”ı Azərbaycanın bir hissəsi hesab edə bilməz. Əgər belədirsə, Ermənistan qoy kənara çəkilsin, qonşuları ilə münasibətlərini tənzimləsin, müqavilə imzalasın və daha sonra biz – “Artsax xalqı” Azərbaycanla birbaşa danışıqlara başlayacağıq.
“Artsax müxalifəti”nin sıralarında isə hesab edirlər ki, ya Nikol Paşinyan bu hiyləgər hərəkəti ilə “Artsax”ın təhvil-təslimini “Artsax xalqı”nın və ilk növbədə, Araik Arutyunyanın boynuna atmağa çalışır, ya da biz Arutyunyan və Paşinyan arasında razılaşdırılmış qarşılıqlı anlaşma ilə qarşılaşırıq. Məsələ burasındadır ki, bu cür bəyanatlar, əslində, Ermənistan hakimiyyətinin müstəqillik bəyannaməsini rədd etmək niyyətini qanuniləşdirəcək. Çünki Ermənistan hakimiyyəti müstəqillik bəyannaməsinin müddəalarına zidd olan belə bir dövlətlərarası sazişi imzalaya və xüsusən də “Artsax xalqı”nın öz müqəddəratını təyin etmək hüququndan imtina edə bilməz. Və “Artsax”dan belə öyüd-nəsihətlər eşidiləndə Nikol Paşinyan özünə haqq qazandıra bilər ki, o, “Artsax” xalqının tələbini yerinə yetirir və “Artsax”ın taleyini onların öhdəsinə buraxır. Paşinyan Arutyunyanı inandırıb ki, o da “Artsax məsələsi” üzrə danışıqlar aparacaq və Qarabağdan gələnləri dəstəkləyəcək ki, hər şey yaxşı olsun. Həmçinin, Stepanakertdə (Xankəndi – red.) görüş-müzakirələr təşkil etməklə, Araik Arutyunyan vahid ictimai rəy formalaşdırmağa çalışır. Sonda isə müzakirələrin nəticəsində belə qənaətə gəliblər ki, “Artsax” Bakı ilə birbaşa dialoqa başlamağa hazırdır. kinci mühüm mesaj, nə üçün “Artsax” öz problemlərini təkbaşına həll etməlidir? Paşinyanın fikrincə, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, onlar “Artsax”dan əllərini üzüblər və tezliklə, yəni 3 il sonra sülhməramlıların müddətləri başa çatır deyə onlar “Artsax”da mövcud olmayacaqlar.
Ona görə də “Artsax” başa düşməlidir ki, “Artsax” ermənilərinin problemlərini yalnız Bakı ilə birbaşa əlaqələr vasitəsilə həll etmək mümkündür. Bu kontekstdə Araik Arutyunyan da yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırdığını və bundan sonra vəziyyətin daha da aydınlaşacağını bildirib”.