“Regionaz.tv” xəbər verir ki, Xarkov vilayətinin strateji əhəmiyyətli Kupyansk şəhəri Rusiya ordusunun işğalından azad edilib. Ukrayna Silahlı Qüvvələri şəhərə nəzarəti bərpa edib.

Bu barədə Xarkov Regional Şurasının rəhbərinin müşaviri Nataliya Popova xəbər verib.

“Kupyansk Ukraynadır. Yaşasın Ukrayna Silahlı Qüvvələri!”, – deyə müşavir bununla bağlı foto da paylaşıb.

Bundan başqa Derqaçev Şəhər Sovetinin deputatı Aleksey Stepanenko da bu barədə paylaşım edib:

“Budur! Kupyansk bizimdir! Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərinə daxil olub”, – yazan millət vəkili Ukrayna hərbçiləri 92-ci motoatıcı briqadanın 1-ci mexanikləşdirilmiş batalyonunun döyüş bayrağı ilə fotosunu da paylaşıb.

Qeyd edək ki, Kupyanskın işğalçılardan azad edilməsi Ukrayna qüvvələri üçün çox vacibdir. Çünki bu şəhər Rusiya qoşunları üçün əsas dəmir yolu mərkəzi sayılırdı.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində uğurlu əks-hücum əməliyyatı davam edir, Prezident Vladimir Zelenski dünən bildirib ki, əsgərlərimiz artıq regionda 30-dan çox yaşayış məntəqəsini işğaldan azad edib. Həmçinin ISW-nin məlumatına görə, ukraynalı döyüşçülər Xarkov vilayətində təxminən 2 500 kvadrat kilometr ərazini azad edib.

Mənbə: RBK Ukraina

438 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir