“Regionaz.Tv” xəbər verir ki, Lerik rayon Ordahal kəndində baş vermiş dağ ucqunu iki ailənin həyatını  təhlükə ilə üz üzə qoyub.

Lerik rayon İcra hakimiyyəti isə Ordahal kəndində baş vermiş dağ uçqunu nəticəsində iki ailəni təhlükəsiz əraziyə köçrülməsinində aciz qalıb.

Bu barədə “Regionaz.Tv”-yə Lerik rayon Ordahal kənd sakini adının hallanmamasını xahiş edən Xüsusi təyinatlı hərbi qulluqçu vətən müharibəsinin iştirakçısı tərəfindən müraciət daxil olub. 

O müraciətində qeyd edir. Mən Xüsusi Təyinatlı hərbi qulluqçq olarq vətənini hər bir qarış torpağını qorumaq şərəf borcumdur və bu gündə onu şərflə qoruyuram.  Hərbi qulluqçu təəssüf hissi ilə qeyd edir ki, mən vətənimi qanım və canım bahasına qorusamda Lerik rayon İcra hakimiyyəti Ordahal kəndində baş vermiş  dağ uçqunu təhlükəsi altında qalan ailə üzvülərini qorumaqda maraqsızdır.

“Regionaz.Tv”-nin əməkdaşları Hərbi qulluqçunun müraciəti əsasında Lerik rayonunda olub və orada dağ uçqunu təhlükəsi ilə üz üzə qalan  ailə üzvüləri ilə görüşüblər.

Məsələ ilə bağlı regionaztevenin əməkdaşlrı Lerik rayon İcra hakimiyyəti başçısının müvini və Fövqəlada hallar işlər üzrə komisiyanın sədri Habil Məlikovla əlaqə saxlayıb  məsləyə aydınlıq gətrilməsinə xahiş ediblər. İcra hakimiyyətinin səlahiyyətli şəxsi ailənin hazırkı vəziyyətdə təhlükəli ərazidə yaşdıqların təsdiqləyib. O bildirib ki, məslə ilə bağlı aidiyyatı qurumlar qarşısnda məsələ qaldırılıb. Lakin hələlik heç bir tədbir görülməyib. Ailənin təhlükəsiz yerə yerləşdirilməsi məsləsinə gəldikdə isə İcra aparat rəsmisi Habil Məlikov bildirib ki, bizim hər hansı bir yerimiz yoxdur ailələri ora yerləşdirək. Hələlik qohum evlərinə gedib qalmalıdırlar. Onların orada qalması hər an təhlükədir.

565 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir