“Regionaz.tv xəbər verir ki, “Azərenerji” ASC-nin ELMİ TƏHQİQAT LAYİHƏ AXTARIŞ ENERGETİKA İNİSTİTUNDAN şikayət var.

Bu barədə Bakunews.az-a müraciət edən Bəxtiyarlı Anar Malik oğlu qeyd edir ki, “2018-ci ildə “Azərenerji” ASC-nin Avtonəqliyyat bölümündə sürücü olaraq fəaliyyətə başlamışam. Hər şey normal getdiyi vaxtda 2021-ci il təqribən oktyabr ayında avtonəqliyyat bölüyünün rəhbəri Səxavət Səlimov məni iş otağına çağıraraq bildirdi ki, Xəqani adlı əmədaş məzuniyyətdədir. Sən onun yerinə müvvəqəti Yasamal rayon 20 yanvar metro stansiyasına yaxın ərazidə yerləşən “Azərenerji” ASC-nin ELMİ TƏHQİQAT LAYİHƏ AXTARIŞ ENERGETİKA İNİSTİTUNDA işlə. Rəhbərliyin verdiyi tapşırığı icra etmək üçün həmin qeyd edilən müəssisəyə getdim. Səhəri gün İnistutun direktor əvəzi Aytək xanımla həmsöhbət zamanı ali təhsili olduğumu bildirdim. Müəssisədə yeni olduğumdan Aytək xanım mənim hardan necə gəldiyimi qısa desək CV məlumatlarımı soruşurdu. Məndə hər şeyi olduğu kimi ona bildirdikdə isə sənin kimi ali təhsili kadrlara bizdə ehtiyac var və bununla bağlı rəhbərliyə şəxsən məlumat verəcəyin deyib ayrıldım.

Daha sonra mənə zəng edən Layihə rəhbəri həmçinin Direktor müavini AYŞAD AĞAYEV direktorun otağına gəlməyimi istədi. Mən çağrışa təşrif edərək qəbula girdim. Otaqda Aytək xanım və Ayşad müəllim əyləşmişdilər. Məni sorğu sual etdikdən sonra böyük ümidlər vədlər edərk, yanımda qaraj rəhbərini yığaraq ondan mənim 14 gün onlarla çalışmağıma izin verməsini istədi.Oda İnistituda işləməyimə razılıq verdi. Praktiki işin hansı qaydada işləməsini öyrətmək üçün səhəri gün Nəzmi adlı əməkdaşa həvalə etdilər. Onunla bütün proqramları öyrənməyimi tapşırdılar.

14 gündən sonra Ayşad müəllim çağıraraq gedib qarajdan rəsmi qaydada işdən çıxaraq əmək kitabçamla onun yanına gəlməyimi və rəsmi qaydada İnistutda işə götürüləcəyimi bildirdi. “Avto CAT” proqramını tam mənimsəməm üçün isə 3 ay vaxt verildi. Bu söhbətdən sonra dediklərini etdim hətta 21 gün ərzində proqramı mükəməl şəkildə mənimsədim. Hətta rəhbərlik mənim komputer avadanlıqları ilə təmin edilməyimi göstəriş verdiyi halda verilən əmr sözdə qaldı. 2021-ci ildən artıq İnistutun işə qəbul edildikdən üç gün sonra Ayşad müəllim məni otağına çağıraraq mənimlə Podrat müqavilə bağlamaqla işə qəbulumu rəsmiləşdirdi. Əmək kitabçamı isə qəbul etmədi. Məvacib olaraq isə 700 azn alırdım.

Mən düşündüm ki, podrat müqavilə əsasında işə götürülməyim məni bir çox işçiyə şamil edilən imtiyazlardan məni məhrum edirdi. Bir neçə dəfə qəbuluna gedərək rəsmi ştatda işçi kimi qəbul edilməyimin xahiş etdim. Lakin hər səfərində vədlər verərək məni arxayın salmaqda davam edirdi. 2022-ci illin oktıyabr ayının 5 Nəzmi bəyin iştirakı ilə fəaliyyətimlə məşğul olduğum iş otağına gələrək bildirdi ki, Oktyab ayının 15-dən sonra işə gəlməyə bilərsən. Ayşad müəllimin bu sözləri məni mat qoydu. Gözləmədiyim bir vaxtda bu cür qərarın verilmsi mənim ailə durumumun da pis olduğu vaxtda mənim üçün zərbə idi. Bir müddət don halda yerimdə oturmuş hansı qəbahətin sahibi olduğumu düşündüm. Görən nə etmişəm hansı səhvə yol vermişəm ki, rəhbərlik mənim işdən azad edilməyim qərarın verib deyə düşündüm. Lakin heç bir nöqsanımın olmadığın düşündüyümdən dərhal Ayşad müəllimin qəbuluna getdim. Otağa daxil olaraq ailə durumumu və kredit borclarımın olduğunu övladlarımın təhsilində ciddi problemlərin yaranacağın bildirdim. Ona siz mənə vəd verib qarajdan işdən çıxaraq bura gəlməyimi məni burda rəsmi işlə təmin ediləcəyimi bildirmişdiz deyə sual etdim. Məni oradan işimdən edib bir il işləməyim və daha sonra işdən azad etmək üçünmü bura dəvət etmişdiz deyə müraciət etdim. Lakin Ayşad Ağayev əlini ürəyinin üzərinə qoyaraq məni bağışla amma mən səni artıq burada işləməyinə izin verə bilmərəm deyə bildirdi.

Məsələnin mahiyyəti mənə soradan aydın oldu. Hansıki fəaliyyətimin son aylarında Ayşad Ağayev Politexnikdə təhsilm alan üç tələbəni İnustituta gətirmişdi. Mənə və Nəzmiyə tapşırmışdı ki, həmin tələbələrə bizim işlərimizi öyrədək. İşdən ayrılandan sonra aldığım məlumata görə həmin tələbələrdən birini öz əlimlə öz yerimə hazırlayırmışam. Yəni həmin tələbələr yuxarı instansiyalarda arxalandıqları şəxslər tərəfindən Ayşad Ağayevə tapşırılmış və həmin şəxsləri işlə təmin etməsi üçün mənimlə bağladığı podrad müqaviləni pozmaq daha rahat varyant idi. Podrat müqavilədə olanı işindən azad etmək rəsmi müqavilə əsasında işləyənlər etməkdən asandır. Budur ki, tapşırıq əsasında işlə təmin edilən “arxalı qurdlar” kasıb və aztəminatlı mənim işimə son verilməsinə gətirib çıxarıb”.

Qeyd edək ki, “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevin baş verən bu məsələlərdən məlumatı olmayıb. Güman edirk ki, məslədə vətəndaş Bəxtiyarlı Anar Malik oğlu ASC səlahiyyətliləri tərəfindən dinləniləcək. Və baş vermiş bu haqqsızlığın aradan qaldırılmasında vətəndaşa lazımi yardımlar ediləcəkdir.
Məsələ ilə bağlı məqalədə adları dərc edilən şəxs və ya şəxslərin idarə və müəssisələrin səlahiyyətli şəxslərinin KİV-i haqqlnda qanunun verdiyi hüquqla münasibət bildirmək hüquqlarından istifadə edə bilər. Bizdə bu hüquqların təmin edilməsində üzərimizə düşən vəzifəmizi icra etməyə hazırıq.

79 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir