“Regionaz.tv” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilvmiş yüksək təzyiqli kəmərlərin birləşdirilməsi ilə bağlı mayın 23-də saat 10:00-dan mayın 25-dək (3 gün müddətində) işlər başa çatanadək “Şəmkir-1Əhali”, “Şəmkir-2 Sənaye”, “Çinarlı əhali”, “Çinarlı Sənaye”, “Əliyaqublu 1 və 2” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəmkir rayon mərkəzi daxil olmaqla, rayonun 2 qəsəbə və 14 kəndinin qaz təchizatında 3 gün müddətində müvəqqəti fasilə yaranacaq.

144 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir