Regionaz.tv xəbər verir ki, Cəlilabad rayon Muğan kənd bələdiyyə mülkiyyətinə aid olan 500 ha örüş təyinatlı torpaq sahəsinin talehi neçə ildir ki, müəmmalı qalır!

Muğan kənd sakinlərinin iddiasına görə Cəlilabad rayon Uzuntəpə kənd istiqamətində yerləşən  Muğan kənd bələdiyyəsinin mülkiyyətinə aid olan, 500 ha örüş təyinatlı otlaq sahəsi bir qrup vəzifəli şəxslərin ailə üzvləri və onlara yaxın olan şəxslər tərəfindən qanunsuz olarq istifadə edilir.

Kənd sakinlərinin deməsinə görə yeni bələdiyyə sədri Amaliya Əmənova bu kimi qanunsuzluğlara göz yummağla ondan öncə işləmiş  bələdiyyə sədrlərinin iş prinsipinin davam etdirir. 

Regionaz.tv olarq 500 ha örüş təyinatlı otlaq sahələrini qanunsuz olaraq necə istifadəyə verilməsi barədə hələlik X  adlar altında məlumatları sizlərə  təqdim edirik.

1. Muğan kənd qabağı vəzifəli şəxsin atası     X adlı şəx    25 h

2. Muğan kənd Vəzifəli şəxsin əmisi                          X  adlı şəxs  25 ha

3. Vəzifəli şəxsin qardaşi                                    X  adlı şəxs  20 ha

4. Cəlilabad rayon Petrovka kənd sakini         X adlı şəxs   40 ha örüş təyinatlı torpağda arpa əkib

5. Cəlilabad rayon Uzuntəpə  kənd sakini       X  adlı şəxs   88 ha

6. Cəlilabad Uzuntəpə  kənd sakini                   X adlı şəxs 10 ha

7. Naxçıvan Muxtar Respublikasının sakini   X adlı şəxs 78 ha Deyilənə görə naxçıvanlı X adlı şəxs

Muğan bələdiyyəsinin hesabına iyanə adı ilə 5600  ( beş min alt yüz) manat pul köçürüb

8. Maşlıq kənd sakini                                           X adlı şəxs 15 ha

9. Uzuntəpə  kənd sakini                                     X adlı şəx   40 ha

10. Uzuntəpə kənd sakini                                    X adlı şəxs 25 ha dəmir yolu tərəfədə

11. Uzuntəpə  kənd sakini                                    X adlı şəx   25 ha

12. Cəlilabad rayon sakini                                   X adlı şəxs  (qəssab)  32 ha a

13. Cəlilabad rayon                                               X adlı şəx  5 ha

14. Başlıq kənd sakini                                         X adlı şəxs 117 ha  63 ha qanunsuz  54 ha qanuni

Regionaz.tv olarq hesab edirik ki, buradan açıq aydın görünür ki, bələdiyyə sədri bu qanunsuzluğun qarşısın almağa maraqlı deyil. Belə olan halda kəndin İnkişafına ciddi təsir göstərir. Faktiki olarq 500 ha ərazidən qanunsuz yollarla müxtəlif maraqlı şəxslər külli miqdarda gəlir əldə edirlər. Belə ki, nəzərə alsaq 1 ha torpaq sahəsindən 300 ədəd ot piresi əldə etmək olursa 500 ha torpaq sahəsində 150000 (yüz əlli min) manat gəlir əldə etmək mümkündür. Bunun 50000 ( əlli min) manat xaric olaraq tünd biçilməsinə və daşınmasına xərclənərsə 400000 ( dördyüz min ) manat illik olarq Muğan kənd bələdiyyəsinin büdcəsinə gəlir gətirmək olar.

Regionaz.tv olarq hesab edirik ki, məsələ təcili olarq Baş prokurorluğun nəzarətinə götürülməlidir.

PS.. Gələn yazılarımızda Muğan kənd bələdiyyəsində baş verən qaranlıq məqamlar barədə geniş məlumat veriləcək

 

210 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir