“Regionaz.tv” xəbər verir ki,  31 iyul tarixində Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Bir Peşənin Sirri” festivalı keçirilib.
Festivalın açılışı rəsmilərin çıxışları ilə başlayıb. Çıxışlar zamanı peşə təhsilinin ölkənin iqtisadi inkişafındakı strateji rolundan, gənclərin məşğulluq imkanlarının artırılması və peşə təhsilinə olan marağın yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.
Festivalda qonaqlara Bakı, Cəlilabad, Neftçala, Salyan, Şirvan və Biləsuvarda yerləşən peşə təhsili müəssisələrinin turizm, mədəniyyət, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Festivalda həmçinin region üzrə peşə təmayüllü siniflərin şagirdlərinin də əl işlərindən ibarət sərgi də nümayiş etdirilib. Bununla yanaşı tədbir iştirakçıları üçün əyləncəli oyunlar, viktorinalar keçirilib. Peşə təhsil müəssisələri tərəfindən keçirilən yarışların qalibləri dəyərli hədiyyələrlə mükafatlandırıldı.
Bu festivalın əsas məqsədi peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.
66 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir