“Regionaz.tv” xəbər verir ki, Bu ilin sonuna kimi sənədsiz evlərin dövlət qeydiyyatına alınması üçün yeni portalın istifadəyə veriləcəyi və “əmlak amnistiyası” gözlənilir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkədə qanunsuz tikililər ən çox Bakı və Abşeron yarmadasının payına düşür.
Onun sözlərinə görə, bəzi evlər “əmlak amnistiyası”ndan kənarda qalacaq.
Ekspert deyir ki, paytaxtın Qaradağ, Binəqədi, Nərimanov, Xəzər, Sabunçu və Suraxanı rayonlarında qadağan olunmuş ərazilərdə təxminən 30 minə yaxın həyət evi inşa olunub.

Ekspertin sözlərinə görə, bəzi ərazilərdə kommunikasiya xətlərinin yerini dəyişməklə həmin ərazilərdə tikilən evlərin sənədləşdirilməsi də müzakirə olunur.

83 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir