“Regionaz.tv” xəbər verir ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 68 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 511 nəfər müalicə olunaraq sağalıb, hazırda 373 aktiv xəstə var. Bu günə qədər 9 986 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 475, bu günə qədər isə ümumilikdə 7 394 585 test icra olunub.

67 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir