“Regionaz.Tv” xəbər verir ki, Azərbaycanda müxtəlif dövlət idarə və müəssisələrində qohumbazlıq prinsipi ilə idarə olunduğu ilə bağlı məlumatlar dəfələrlə medianın gündəminə gəlib.

Bu dövlət qurumlarında kadr siyasətinin daha çox qohumçuluq və himayəçilik prinsipi ilə həyata keçirilməsi gündəlik həyatımızda vətəndaşların ən çox əziyyət çəkdiyi bir problemə çevirilib.

Bu barədə Ulutv.net-in redaksiyasına olduqca maraqlı məlumatlar daxil olub. “Bəlli olub ki, idarəçilikdə qohumçuluq və himayəçilik prinsipinin əsas götürüldüyü idarələrindən biri də 50 saylı yol istismar idarəsidir. Bu idarənin rəhbəri Saleh Məmmədovun rəhbərliyi altında qohum-əqraba hakimiyyəti qurduğu deyilir. 50 saylı yol-istismar idarəsinin keçmiş müdiri Füzuli Babayev pensiyaya çıxarkən, Saleh Məmmədovdan xahiş edib ki, oğlu Ruslan Babayevi onun yerinə 50 sayı yol-istismar idarəsi vəzifəsinə təyin etsin. Deyilənə görə Füzuli Babayev bunun müqabilində onunla yaxşıca görüşüb. Yol idarəsini krallığa çevirən Füzuli Babayev 2020ci il tarixində DTX-nin keçirdiyi əməliyyat zamanı həbsdən canını qurtarsa da, aranın sakitləşdiyini görən kimi öz qanunsuz əməllərini davam etdirməyə başlayıb. Yollarda etdiyi yolsuzluq hesabına oliqarxa çevrilən Saleh Məmmədovun 50 saylı yol istismar idarəsinin keçmiş müdiri, bir sözlə heç kimə məhəl qoymadan öz yolunda irəliləyir. Bu idarəyə hal-hazırda Füzuli Babayevin oğlu Ruslan Babayev rəhbərlik etsə də, faktiki olaraq rəhbərlik Füzuli Babayevə məxsusdur. Bu fakt isə onu sübut edir ki, Füzuli Babayev korrupsiya faktı ilə dolu olan idarəyə oğlunu rəhbər təyin etdirib ki, korrupsiya faktlarını ört basdır etsin. Təyin etdirib deyəndə, Füzuli Babayev kiməsə əmr, göstəriş verməyib, lazım olan şəxslərə görüm baxım edib” deyə məlumatda qeyd edilir.
Məsələ ilə bağlı verilən məlumatlar tam araşdırlacaq.
ARDI VAR…

“Regionaz.Tv” olaraq ittihamların nə qədər doqru olub olmamasını deye bilmerik. Hər halda yazıda adları keçən şəxslərin mövqeyn dinləməyə hazırıq.

https://youtube.com/watch?v=cB7Hh7ONguQ%3Fenablejsapi%3D1%26amp%3D1%26feature%3Doembed%26playsinline%3D1
253 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir