15 iyun-Milli Qurtuluş Günü münasibəti Cəlilabad rayon İcra və Probasiya şöbəsinin rəisi Ədliyyə müşaviri İsmayıl Abazəlıyev Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edir.
                                 
Doğma Azərbaycanımızın ən əlamətdar günlərindən biri olan  15 iyun xalqımızın yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin banisi, Ulu Öndərimiz  Heydər Əliyevin adı ilə bağlıdır.

Çağdaş tariximizdə müstəsna yeri olan Ümummilli Liderimiz azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və dahiyanə uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirmiş, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Dahi siyasətçi Heydər Əliyevin əsasını qoyduğu  ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən son 17 il ərzində dünyanın qlobal çağırışlarına uyğun olaraq uğurla  davam  etdirilməsi Azərbaycanı  Avroatlantik  məkanda  mühüm  strateji  mərkəzə, Cənubi Qafqaz regionunun  liderinə,  sürətlə  tərəqqi  edən, beynəlxalq aləmdə böyük  nüfuzu olan, transmilli layihələri  reallaşdıran və mötəbər tədbirlərə  ev sahibliyi edən qüdrətli dövlətə çevirmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin tarix baxımından qısa zaman kəsyində müasir həyatımızın bütün sahələrində qazandığı yüksək nailiyyətlər sözün həqiqi mənasında möhtəşəmdir. Bu gün hər bir azərbaycanlı bu misilsiz uğurlarla fəxr edir və  haqlı olaraq öz dövləti ilə qürur duyur. 

Hörmətlə: Cəlilabad İcra və Probasiya şöbəsinin rəisi

Ədliyyə müşaviri İsmayıl Abazəlıyev.
                                           

747 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir