“Regionaz.Tv” Azərbaycan istehsalı olan “Revival-P” minapartladan qurğu gələn aydan etibarən işğaldan azad olunan ərazilərdə istifadə olunacaq.

Bunu mətbuata Metal Konstruksiya zavodunun baş mühəndisi Cavidan Kərimov deyib.

Minapartladan qurğu sınaqdan keçirilib və ANAMA tərəfindən müvafiq rəy alınıb.

“İlkin olaraq qurğu böyük ehtimalla Füzuli rayonunun ərazisində minaların zərərsizləşdirilməsində istifadə olunacaq”,- Cavidan Kərimov qeyd edib.

Xatırladaq ki, MEMATT minapartladan qurğunun prototipidir.

147 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir