“Regionaz.Tv” xəbər
verir ki, Masallı rayon Xallıcallı kənd sakini Əliyeva Təmamzər Sarıbala qızı
və ailə üzvləri 10 may tarixində Ulu öndər Heydər Əliyevin məzarına şikayətə
gedəcəklər.Şikayətçi Tamazər
Əliyeva Masallı rayon Təhsil şöbəsindən və İcra hakimiyyətindən şikayətçidir.65 yaşlı şikayətçi
bildirir ki, o Masallı rayon Elşən Qarayev adına Xallıcallı kənd orta
məktəbində 31 il xadimə işləyib. Ailə vəziyyətləri isə çox ağır olub. O, 8
nəfər ailəyə baxıb. Masallı rayon İcra hakimiyyətindən ona söz verilmişdir ki,
ailə vəziyyəti nəzərə alınıb 65 yaşı tamam olandan sonra qızı Əliyeva Zülfiyyə
Bəxtiyar qızını onun yerinə məktəbdə xadimə işinə götürülməsinə köməklik
edəcəklər.“Regionaz.Tv”-yə
dərdini danışan 65 yaşlı Tamamzər Əliyevə bildirir ki, Masallı rayon icra
hakimiyyəti ona verdiyi sözü tütmadı. Təmamzar Əliyeva deməsinə görə, həmin
vakant iş yeri şəhidin qardaşı arvadına veriləcək deyə qızını işə götürmürlər. Şikayətçinin
deməsinə görə onunla bərabər yaşayn qızı bir neçə ildir həyat yoldaşından
ayrılıb. O heç bir aliment və ya sosial yardım almır. İki azyaşlı
məktəbli uşağı var, çox çətin yaşayrq. Qızım işləməlidir o çünki gələcəyin vətəndaşı olan övladlarını böyütməlidir. Hazırda maddi
vəziyyətimizin ağır olmasından uşaqlar məktəbə getmir. Biz çox aidiyyatı
qurumlara müraciət etdik lakin müraciətlərimiz bu günə kimi çavabsız qaldı.
Təmamzar Əliyeva onuda bildirir ki, onların ailələrinin hazırkı ümüd yeri
Ulu öndər Heydər Əliyevin anım günündə məzarını ziyarət edib orada mətbuat
qarşısında Ulu öndərin məzarına şikayət etsinlər.